Oğuzda dəhşət: Meyiti tapılan oğlanı ayı yeməyibmiş – ŞOK İDDİA / YENİLƏNİB

22 May, 2020, 14:46
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 2 xal, ortalama: 3,00
Loading...

Oğuzun Xaçmaz kəndində meyiti tapılan 12 yaşlı oğlanın ölümü ilə bağlı bəzi təfərrüat ortaya çıxıb.

Kənd sakinlərinin məlumatına görə, oğlanı ayı parçalamayıb. Ehtimal olunur ki, oğlan arxa su qoymağa gedərkən başqa bir cavan oğlan tərəfindən zorakılığa məruz qalıb.

Ehtimal olunur ki, bundan sonra əməlinin yayılacağından ehtiyat edən gənc 12 yaşlı oğlanı öldürüb və yaxınlıqdakı çaya atıb.

Bildirilir ki, artıq şübhəli şəxs tutularaq istintaqa cəlb olunub.

Meyit ekspertizaya verilib./axar.az/

***

Oğuzda itkin düşən oğlanın meyiti tapılıb.

12 yaşlı Cəbrayıl Məmmədlinin meyiti parçalanmış vəziyyətdə aşkar edilib. Onun vəhşi heyvanların hücumuna məruz qaldığı ehtimal edilir./Azvision.az/

***

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Oğuz rayonunun Xaçmaz kəndi yaxınlığında, meşəlik ərazidə 2008-ci il təvəllüdlü Məmmədli Cəbrayıl Vüsal oğlunun itkin düşməsi barədə məlumat daxil olub.

Hurriyyet.org FHN-in saytına istinadən xəbər verir ki, Nazirliyinin Şimal-qərb Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri qeyd edilən əraziyə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.

Əlavə məlumat veriləcək.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93