Ölkə üzrə koronavirusa yoluxma faizi açıqlandı

5

“Bakıda koronavirusa yoluxma 47,5 faiz, Gəncə-Qazax regionunda 13,5 faiz, Aran regionunda 10, 2 faiz, Lənkəran regionunda 9,4 faiz olub. Xaricdən gələnlərin isə yoluxmada xüsusi payı 9,1 faiz təşkil edib”.

Hurriyyet.org xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı  bildirib.

R. Bayramlı deyib ki, xaricdən gələnlərin yoluxmada payının 9.1 faiz olması xaricdən gətirilənlərin karantin rejiminə yerləşdirilməsinin vacib olduğunu göstərir: “Bakıda ən çox yoluxma Yasamal və Nəsimi rayonlarında qeydə alınıb”./apa/