“Onlar bu əməlinə görə peşman olduqları kimi, eyni vəziyyəti yenə yaşayacaqlar” – KAMİL MUSƏVI

10

“Necə ki, xaricdə yaşayan soydaşlarımıza qarşı təxribat törətdilər və cavablarını da çox pis aldılar. Bu əməlinə görə peşman olduqları kimi, eyni vəziyyəti yenə yaşayacaqlar”.

Bunu Hurriyyet.org-a Qarabağ qazisi Kamil Musəvi UFC yarışında erməni əsilli döyüşçünün Azərbaycanın işğal olunmuş ərazilərindəki qanunsuz rejimin “bayrağını” qaldırmasına münasibət bildirərkən deyib. O, xaricdə yaşayan soydaşlarımıza qarşı baş verən təxribatların qarşısının yetərincə alındığını qeyd edib:

“Təbii ki, qondarma rejim daima belə əməllərə əl atır. Bir daha işğalçı olduqlarını və işğalçılıqlarıyla da fəxr etdiklərini bir daha nümayiş etdirdilər. Amma, dünya hər şeyi yaxşı bilir. Təəssüf ki, dünya yenə də haqsızlıqlara susmaqda davam edir. Görünən odur ki, ermənilərin qondarma niyyətləri və qondarma düzəltdikləri saxta dövlət onların gözündə qalacaq. Atılan addımlar da bunu göstərir. Necə ki, xaricdə yaşayan soydaşlarımıza qarşı təxribat törətdilər və cavablarını da çox pis aldılar. Bu əməlinə görə peşman olduqları kimi, eyni vəziyyəti yenə yaşayacaqlar. Əslində, soydaşlarımız baş verən təxribatların qarşısını yetərincə aldı. Qınaqlarla qarşılansaq da, bu müsbət bir addım oldu. Bəziləri dedi ki, “biz onlar kimi deyilik”, “ermənilər kimi olmasaq yaxşı olar” kimi fikirlər bildirildi. Mən, bunu çox müsbət qarşılayıram. Ermənilər bizim torpağımızı işğal edən də dünyanı və yaxud da hansısa dövlətin onlara qarşı olacağını fikirləşmişdilər?…Təbii ki, ermənilər bunu fikirləşməmişdilər. Onlar, işğalçılıq və soyqrım etdi. Nəticədə də qondarma dövlət yaratdılar. Qondarma bayraqlarını da hər yerdə qadırırlar ki, Dağlıq Qarabağ guya onlarındı. Biz ermənilərin layiqli cavabını verdik və verəcəyik”.

Hurriyyet.org