Onlayn narkotik satmaq istəyən qardaşlar tutuldu – FOTO

25 May, 2020, 16:22
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat nəticəsində ölkə ərazisinə gətirilən külli miqdarda yüksək təsiredici xassəyə malik narkotik vasitələrin və psixotrop maddələrin “qara” bazarda satılmasının qarşısı alınıb.

Hurriyyet.org xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.

Belə ki, Baş İdarə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini Aqil Salmanov Nərimanov rayonunda saxlanılıb.

Onun üzərində şəxsi axtarış aparılan zaman 1 kq-am 98 qram narkotik vasitə heroin və 519,789 qram psixotrop maddə metamfetamin aşkar olunaraq götürülüb.

Əməliyyat tədbirlərinin davamı olaraq məlum olub ki, ona narkotik vasitələri satmaq məqsədi ilə qardaşı, əvvəllər məhkum olunmuş Kamil Salmanov tərəfindən verilib. Baş İdarənin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı o da tutularaq məsuliyyətə cəlb edilib. Hər iki qardaşın Nərimanov rayonunda yaşadıqları evə baxış zamanı 12 kiloqram 360,737 qram heroin, 2 kq 277,334 qram metamfetamin və 1 ədəd elektron tərəzi, həmçinin evə baxış zamanı Salmanov qardaşlarına məxsus 3 ədəd tapança, 2 ədəd patron darağı və 24 ədəd patron aşkar olunaraq götürülüb. Bu əməliyyat nəticəsində isə Baş İdarənin əməkdaşları tərəfindən 17 kq-dan artıq narkotik vasitə və psixotrop maddənin qanunsuz dövriyyəyə buraxılmasının qarşısı alınıb.

Araşdırma zamanı müəyyən olunub ki, Kamil Salmanov bir müddət əvvəl hələlik adı istintaqa məlum olmayan İran vətəndaşının tapşırığı ilə qanunsuz yollarla Azərbaycan ərazisinə keçirilən külli miqdarda narkotik vasitə və psixotrop maddəni Bakı şəhəri Yasamal rayonu ərazisində qəbul edib. Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxslər narkotik vasitələri paytaxtın müxtəlif nöqtələrinə qoyaraq həmin yerlərin şəklini çəkib “Whatsapp” anı mesajlaşma şəbəkəsi vasitəsi ilə İran vətəndaşına göndəriblər. Onlayn yolla müştərilər pulu iranlının hesabına yükləyəndən sonra isə narkotik vasitələrin yerləşdirildiyi məkanların şəkilləri onlara ötürülüb

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, Aqil və Kamil Salmanovlar tutularaq istintaqa təqdim olunub. Cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93