“Operativ Qərargah elan edir ki, ikigünlük qapanmalar səmərə verməyib” – SAMİR ƏLİYEV

0

“Bu nəticəyə gəlmək üçün insanlar 4 gün ev dustağı edildi, polislə-əhali arasında qarşıdurma yarandı, insanların əsəbləri korlandı”

“Elə qərarlar var ki, onun səhv və ya düz olmasını müəyyən etmək üçün həmin sahənin eksperti olmaq kifayət etmir, bəzən də ümumiyyətlə rol oynamır”. Hurriyyet.org xəbər verir ki, bunu tanınmış iqtisadçı ekspert Samir Əliyev deyib.

İqtisadçı ekspert hesab edir ki, düzgün qərar üçün sadə məntiqin, analiz qabiliyyətinin, təfəkkürün olması həlledici rol oynayır: “İkigünlük qapanmaların səmərəsiz olduğunu bildirəndə bizi sahənin mütəxəssisi olmadığımızı əsas gətirərək yanaşamının səhv olduğunu bildirirdilər. Halbuki bizim əsaslandırmalar sırf məntiqə əsaslanırdı. İndi Operativ Qərargah elan edir ki, ikigünlük qapanmalar səmərə verməyib. Bu nəticəyə gəlmək üçün insanlar 4 gün ev dustağı edildi, polislə-əhali arasında qarşıdurma yarandı, insanların əsəbləri korlandı. İndi də heç nə olmamış kimi qərarların səhv olduğunu bildirərək yeni ekspertiment barədə danışırlar”.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org