Operativ Qərargah vətəndaşlara müraciət etdi

9

Məlum olduğu kimi, sanitar-epidemioloji vəziyyət, koronavirusa yoluxmuş aktiv xəstə sayı və yoluxma sürəti əsas götürülməklə Azərbaycanda bir sıra məhdudiyyətlər tətbiq ediləcək.

Bununla bağlı məlumat yayan Nazirlər Kabineti yanında Operativ Qərargah vətəndaşlara müraciət edib:

“Bir daha vətəndaşlarımızı COVID-19 ilə bağlı hazırkı vəziyyətdə şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara ciddi əməl etməyə, qoruyucu maskalardan istifadə etməyə, evdən yalnız zəruri ehtiyac yarandıqda çıxmağa, ictimai yerlərdə kənar şəxslərlə minimum kontaktda olmağa, mövcud karantin şərtlərinə əməl etməyə çağırırıq”.