Salam, xoş gəlmisiniz.

Oqtay Şirəliyevdən xəbər var: “Gərgin iş rejimində çalışır“

2020-03-23 12:58:00

Oqtay Şirəliyevdən xəbər var: “Gərgin iş rejimində çalışır“

Dünyanı bürümüş koronavirusu Azərbaycanda da öz fəsadlarını göstərir.

Bununla bağlı Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahdan yaranmış vəziyyətə dair açıqlamalar olsa da ölkənin səhiyyə nazirindən xəbər yoxdur.

Belə ki, sosial şəbəkələrdə bununla bağlı haqlı sual ünvanlayan vətəndaşlar Oqtay Şirəliyevin görünməməsini tənqid edir, başqa ölkələrin nazirlərinin fəaliyyətini nümunə kimi göstərirlər? Bəs görəsən, Azərbaycanın səhiyyə naziri haradadır və nə işlə məşğuldur ?

Gununsesiaz.info bu suala aydınlıq gətirmək üçün Səhiyyə Nazirinin müavini Nigar Əliyeva ilə əlaqə saxlayıb. Saytımıza açıqlamasında nazir müavini bildirib ki, Oqtay Şirəliyev hər gün işə çıxır :

“Cənab nazirimiz hər gün işə çıxır. Mövcud vəziyyətə görə gərgin iş rejimində çalışır. Özünün media qarşısına çıxmamasına gəlincə, sizin bu fikrinizi ona çatdıraram”.

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93