Oqtay Şirəliyevin qızı soruşur: “Başqa ölkələrə müalicəyə getməyi dayandıran vətəndaşların sayı nə qədərdir?”

1 Aprel, 2020, 22:32
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Mənim atam görkəmli dövlət xadimidir, fantastik, Allah vergisi olan həkim, həddindən artıq müdrik, güclü və incə bir insandır. Bu qədər, nöqtə”. 
Səhiyyə naziri Oqtay Şirəliyevin qızı Moskva vilayəti qubernatorunun mədəniyyət məsələləri üzrə müşaviri, Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun professoru Nərmin Şirəliyeva APA-ya müsahibəsində belə deyib.
Nərmin xanım atasının mətbuata açıq olmamasının səbəbini bu cür izah edib: “Bir qayda olaraq, əslində, incəsənətdə əhəmiyyətli şəxsiyyətlər ünsiyyətə qapalıdırlar. Onlar hər kəsə ardıcıl müsahibə vermirlər, tədbirlərdə görünmürlər. Onlar işləyirlər. Onlar haqqında əməklərinin nəticəsi danışır. Özünüpiar və mətbuatda görsənmək başqalarının işidir”.

Beləcə atasını əhəmiyyətli incəsənət xadimi kimi təqdim edən Nərmin xanım jurnalistlərə maraqlı tövsiyələrdə bulunmağı da yaddan çıxarmayıb: “Jurnalistlərə tövsiyə edərdim ki, rəsmi məlumat, statistika üçün Azərbaycanın Səhiyyə Nazirliyinə sorğu göndərsinlər: demoqrafik məlumatlar necədir, ciddi xəstəliklərin müalicəsi faizi nə qədərdir, başqa ölkələrə müalicəyə getməyi dayandıran vətəndaşların sayı nə qədərdir, nə qədər yeni xəstəxana tikilib və s. Qoy bu məlumatları təhlil etsinlər, iş və məsələnin mahiyyəti haqqında ciddi məqalələr yazsınlar”.
Doğrudan da Nərmin xanımın tövsiyələri çox yerindədir. Amma hesab edirik ki, onun sualının “başqa ölkələrə müalicəyə getməyi dayandıran vətəndaşların sayı nə qədərdir” hissəsinə Səhiyyə Nazirliyindən daha çox hörmətli Oxucularımız cavab verə bilər. Buyurun, əziz Oxucular, söz sizdə: koronavirus bəlasından əvvəl nə qədəriniz xarici ölkəyə müalicəyə getməyi dayandırıbsınız? \\Ovqat.com 


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93