Ornella Muti Putinlə nahara getdiyinə görə həbs olunub

14 İyun, 2019, 12:45
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

İtaliyanın Kassasiya məhkəməsi məhşur kinoaktrisa Ornella Mutini rol aldığı bir tamaşada iştirak etmədiyi üçün pul cəriməsi kəsib və 6 aylıq həbs cəzasında məhkum edib.

Hurriyyet.org musavat.com-a istinadən xəbər verir ki, italiyalı aktrisa 2010-cu iln dekabrın 10-da Pordenon şəhərindəki bir səhnədə yer almalı imiş.

Lakin aktrisa saxta tibbi sənədlə gəlməməsini üzrlü səbəblə əsaslandırıb. Həmin vaxt isə onun Sankt-Peterburq şəhərində o dövrdə baş nazir postu tutan Vladimir Putinin də iştirak etdiyi xeyriyyə xarakterli naharda olduğu üzə çıxıb. Bu səbəbdən Verdi teatrınnın administrasiyası kino ulduzuna qarşı iddia irəli sürüb.

Məhkəmə aktrisanın “larinqofaringit”lə xəstələnməsi sözlərinə inanmayıb və 2015-ci ildə birinci instansiya məhkəməsinin verdiyi qərarı qüvvədə saxlayıb.

Qeyd olunur ki, Ornella Muti keçən ilin sentyabrında Rusiya vətəndaşlığı almaq arzusunu dilə gətirmişdi. Aktrisanın iddiasına görə onun ana tərəfdən ulu babaları Rusiyadan gəlmədir.

Image result for ornella muti Çelentano

Azərbaycan tamaşaçıları italyan kinosunun ulduzunu Adriano Çelentano ilə birlikdə çəkildiyi “İnadkarı ram etmək” filmindən yaxşı tanıyırlar.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93