Salam, xoş gəlmisiniz.

“ÇOX ACINACAQLI VƏZİYYƏTDƏYƏM” – İmişli sakini: “Rayonda mənim işimə baxan yoxdur” / PREZİDENTƏ MÜRACİƏT

2020-02-12 17:35:00

“ÇOX ACINACAQLI VƏZİYYƏTDƏYƏM” – İmişli sakini: “Rayonda mənim işimə baxan yoxdur” / PREZİDENTƏ MÜRACİƏT

İmişli rayon, Rəsullu kənd sakini Müzafət İbadət oğlu Hüseynov tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Qəzetimiz vasitəsilə prezident İlham Əliyev müraciət edən şikayətçi yazır:

“Cənab İlham Əliyev!

Sizə müraciət edən İmişli rayon, Rəsullu kənd sakini Müzafət  İbadət oğlu Hüseynovdur.

Sizə  müraciətim  işimlə  bağlıdır. 

Mən 1985-ci  ildə İmişli rayonu, Rəsullu kəndində uşaq bağçasında  işə  qəbul olmuşam.  2010-cu ildə  haqqımda heç bir şikayət  olmadan, eləcə də  pensiya  yaşım  tamam  olmadan və ştat  ləğv  olunmadan  İmişli rayonun Rəsullu  kənd icra nümayəndəsi Cəfərov Fəxrəddin və İmişli rayon Rəsullu kənd Uşaq  bağçasının müdiri  Mahirə  Şükürovla  birləşərək məni  işdən azad  etdilər. 

Dəfələrlə kənd nümayəndəsi  Fəxrəddin Cəfərova vəziyyətimlə  bağlı  desəm də,  o, buna məhəl  qoymadı. Nə edim  axı, 2010-cu ildən işsizəm.

Hal-hazırda oğlumla  yaşayıram. Ailəlidir, 2 azyaşlı  uşağı var. Onlar da heç yerdə  işləmir.  Nə sosial yardım  alır, nə də  hardasa  işləyir. Yoldaşım 130 manat pensiya alır. Onunla da həm dolnarıq,  həm də  kommunal  borcları  veririk.  Başqa  heç yerdən gəlirim yoxdur. 

Dolanmaq  üçün  həyətimdə  heyvanım da yoxdur.  Çox  acınacaqlı  vəziyyətdəyəm.  Dəfələrlə  məktubda  yazmışam, müsbət  cavab da  almışıq. Amma  İmişli  rayonunda  mənim  işimə  baxan  yoxdur.

Cənab Prezident!

Sizdən  xahiş edirəm, mənim işimin bərpası üçün müvafiq  yerlərə  göstəriş verəsiniz”.

KƏNAN

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93