“Çox peşmanıq… Bütün millətlərdən üzr istəyirik…” – CAVAD ZƏRİF

11 Yanvar, 2020, 12:19
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Hurriyyet.org xəbər verir ki,  İranın xarici işlər naziri Cavad Zərif Ukrayna Hava Yollarının təyyarəsinin vurulmasına görə üzr istədiyini bildirib.

Bəlli olduğu kimi, 8 yanvar tarixində Ukraynaya məxsus sərnişin təyyarəsinin İranın hava müdafiəsi sistemi tərəfindən “səhvən” vurulduğu bu gün İran dövləti tərəfindən etiraf edilib.

Zərif “Tvitter” hesabındakı açıqlamasında Ukrayna Hava yollarına məxsus təyyarənin məhv edilməsi ilə əlaqədar ABŞ-ı ittiham edib.

İranın xarici işlər nazirinin açıqlamasında deyilir: “Ağır gündür. Silahlı Qüvvələrin istintaqının ilk nəticəsi: ABŞ-ın macərapərəstliyi nəticəsində insani xəta faciəyə səbəb oldu. Çox peşmanıq. Xalqımızdan, qurbanların ailələrindən və faciənin təsir elədiyi bütün millətlərdən üzr istəyirik”.

Hurriyyet.org


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93