Özbəkistanda koronavirusa yoluxanların sayı 29 minə çatıb

7

 

Son gündə Özbəkistanda COVID-19 koronavirusuna yoluxanların sayı 740 nəfər artıb və 28 min 809-a çatıb.

AZƏRTAC Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, son sutkada ölkədə virusdan 4 nəfər ölüb və vəfat edənlərin sayı hazırda 173 nəfərdir.

Xəstəxanalarda 9 min 43 nəfərin müalicə olunduğu bildirilir, onların 728-nün vəziyyəti ağır, 217-nin isə kritikdir.

Virusa yoluxma halı və ölənlərin sayının artması ilə əlaqədar avqustun 15-dək ölkədə karantin rejimi qüvvədədir.