Özbəkistan Gülnarə Kərimovanın Fransadakı vəsaitlərini qaytardı

14 May, 2020, 18:07
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Özbəkistan hökuməti ölkənin mərhum birinci prezidenti İslam Kərimovun böyük qızı Gülnarə Kərimovaya məxsus Fransadakı 10 milyon ABŞ dolları məbləğindəki vəsaitləri geri qaytarıb.

Bu barədə Özbəkistan Ədliyyə Nazirliyi məlumat yayıb.

“Nazirlik və Baş Prokurorluq tərəfindən aidiyyəti idarələrin də iştirakı ilə G.Kərimova tərəfindən cinayət yolu ilə əldə edilən mülkiyyəti Özbəkistana qaytarmaq sahəsində göstərilən səylər nəticəsində cari ilin 14 may günü Fransadan 10 milyon ABŞ dolları miqdarındakı aktivlər Özbəkistana qaytarıldı”, – məlumatda bildirilib.

Məlumatda həmçinin qeyd olunub ki, Ədliyyə Nazirliyi və Baş Prokurorluq tərəfindən Özbəkistanın aidiyyəti idarələrinin iştirakı ilə G.Kərimova tərəfindən cinayət yolu ilə əldə edilən 1,3 milyard ABŞ dollarından artıq həcmdəki mülkiyyəti qaytarmaq üçün İsveçrə, ABŞ, Fransa, Rusiya Federasiyası və başqa dövlətlərin aidiyyəti orqanları ilə birgə işlər davam etdirilir”.

Xatırladaq ki, mart ayında Daşkənd Cinayət Məhkəməsi artıq həbsdə yatan G.Kərimovanı korrupsiya ilə bağlı maddələri ilə təqsirli bilərək 13 il 4 ay müddətinə həbs cəzasına məhkum etmişdi./report/


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93