Salam, xoş gəlmisiniz.

Atatürkün evinə HÜCUM EDİLDİ

2019-10-17 20:28:17

Atatürkün evinə HÜCUM EDİLDİ

Selanikdə Mustafa Kamal Atatürkün evinə hücum edilib.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy bildirib.

Sözçü deyib ki, Yunanıstanda anarxist qruplar bu gün saat 10:00-da Selankdəki baş konsulluğun yerləşdiyi ərazidə Atatürk evində tədbir keçirməyə cəhd ediblər.

Hami Aksoy əlavə edib ki, türk milləti üçün son dərəcə yüksək mənəvi dəyər olan Atatürk Evinə zərər vura bilməyiblər: “Yunanıstan polisi anarxist qrupları konsulluğun həyətindən çıxarmağı bacarıb. Yunanıstan rəsmilərindən tələbimiz dəyərlərimizə həqarət edənlərin cəzalandırılmasıdır”.\\Teleqraf


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru