Salam, xoş gəlmisiniz.

Azərbaycan XİN İrana BAŞSAĞLIĞI VERİB

2019-11-08 21:20:01

Azərbaycan XİN İrana BAŞSAĞLIĞI VERİB

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İranda baş vermiş zəlzələ ilə bağlı başsağlığı verib.

Bu barədə XİN-in rəsmi "Twitter" səhifəsində bildirilib.

"İranda zəlzələnin baş verməsi xəbəri bizi dərindən kədərləndirdi. Zəlzələ nəticəsində həlak olanlara və onların yaxınlarına başsağlığı bildirir, yaralılara isə Allahdan şəfa diləyirik. Belə bir gündə qardaş İran xalqına və dövlətinə hər cür köməklik göstərməyə hazırıq", - deyə qeyd olunub.

Xatırladaq ki, İranın Şərqi Azərbaycan əyalətində baş vermiş zəlzələ zamanı 6 nəfər ölüb, 345 nəfər xəsarət alıb, 40 ev tamamilə dağılıb.\\APA

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru