Hello, admin.

Azərbaycanlı aparıcı qızın 122 milyon dollarlıq təyyarəsi və yaxtası var: Bank rəhbəri ilə əlaqəsi olduğu deyilir - Video

2019-12-02 23:09:41

Azərbaycanlı aparıcı qızın 122 milyon dollarlıq təyyarəsi və yaxtası var: Bank rəhbəri ilə əlaqəsi olduğu deyilir - Video

“Rossiya 1” telekanalının aparıcısının VTB-nin rəhbəri Andrey Kostinlə əlaqəsi olduğu deyilir. Nailə Əsgərzadənin bahalı təyyarə və yaxtadan bank rəhbərinin sayəsində istifadə etdiyi iddia olunur.

“Bombardier Global 6000” biznes-cetinin 60 milyon dollar qiyməti var. Tutaq ki, azərbaycanlı aparıcı qız təyyarəni almayıb, icarəyə götürüb. Yenə böyük pullardan söhbət gedəcəkdi. Çünki cetin bir saatı üçün 9 min dollar ödəmək lazım gəlir. Yaxta isə təyyarədən də bahadır. 62 metr uzunluğu olan “SEA&US” 62 milyon dollara satılır.

Korrupsiya ilə mübarizə fondu Nailə Əsgərzadənin gəlirlərinin bu qədər yüksək olmadığını, 122 milyon dollara təyyarə və yaxta almaq imkanının mümkünsüzlüyünü bildirir: “O nə Solovyovdur, nə Kiselev. Hökumət təbliğatının ulduzu deyil”. Navalnı yazır ki, heç Kostinin məvacibi də bunları almağa yetməzdi.

Dövlət reyestrinin məlumatına görə, 13 dekabr 1987-ci ildə Bakıda doğulan Nailə Vaqif qızı Əsgərzadə 2015-ci ildə Moskva ətrafında “Jukovka-3” qəsəbəsində 53 sot torpaq və 923 kvadratmetr sahəsi olan kottec alıb. Onun buna qədər Moskvada “Novaya Ostojenka” yaşayış kompleksində ümumi sahəsi 384 kvadratmetr olan iki mənzil aldığı qeyd olunub. \\Bizimyol.info 

 

 


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru