Salam, xoş gəlmisiniz.

Azərbaycanlı Rusiyada VƏZİFƏYƏ SEÇİLDİ

2019-11-06 21:01:06

Azərbaycanlı Rusiyada VƏZİFƏYƏ SEÇİLDİ

Rusiyanın Kirov vilayətində ilk iclası keçirilən 5-ci çağırış İctimai Müşahidə Komissiyasının sədr müavini vəzifəsinə bölgədə fəaliyyət göstərən “Azərbaycan” Xeyriyyə Fondunun prezidenti Elnur Hüseynov seçilib.

 

Hurriyyet.org bildirir ki, bu barədə “Report”un Rusiya bürosuna bildirən E.Hüseynov komissiyanın heyətinə ardıcıl olaraq üçüncü dəfədir seçildiyini qeyd edib: "İmkan daxilində və müraciətlər gəlincə həmvətənlərimizə pozulmuş hüquq və azadlıqlarını təmin etməkdə kömək etməyə çalışacağam".

 

Qeyd edək ki, mövcud qanuna əsasən, İctimai Müşahidə Komissiyası bölgədəki həbsxanalarda, müvəqqəti saxlama yerlərində məhkumların və saxlanılanların hüquqlarına əməl olunmasına ictimai nəzarəti həyata keçirir.


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru