Salam, xoş gəlmisiniz.

Bakıda məşhur restoranda YANĞIN

2019-11-21 00:02:33

Bakıda məşhur restoranda YANĞIN

Bakının Binəqədi rayonunda yanğın baş verib.

Hadisə Biləcəri dairəsi yaxınlığında, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısındakı “Qoşa çinar” restoranında qeydə alınıb. Yanğın restoranın manqal üçün nəzərdə tutulan tüstü bacasında başlayıb. Yanğının sahəsi genişləndiyindən restoranın elektrik enerjisi dayandırılıb.

Hadisə yerinə FHN-in 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğın qısa zamanda söndürülüb, alovların ətraf əraziyə keçməsinin qarşısı alınıb.

Hadisənin dəqiq səbəbləri araşdırılır. \\Yenicag.az


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru