Salam, xoş gəlmisiniz.

Beylin Bakıdakı mətbuat konfransında gülməli anlar - Video

2019-11-16 00:16:31

Beylin Bakıdakı mətbuat konfransında gülməli anlar - Video

Xəbər verdiyimiz kimi, AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində sabah Azərbaycan yığmasının qonağı olacaq Uels millisinin baş məşqçisi Rayan Giqqz və komandanın kapitanı Qaret Beylin bu gün baş tutan mətbuat konfransında təcrüməçi problemi yaşanıb.

Azərbaycanlı xanımın təcrümə etməkdə çətinlik çəkməsindən sonra AFFA öz işçisini mətbuat konfransına göndərməli olub. Bu vaxt da maraqlı hadisə baş verib. Qaret Beyl qarşılaşma ilə bağlı fikirlərini səsləndirərkən AFFA-nın beynəlxalq əlaqələr departamentinin əməkdaşı Orxan Əhmədov anidən onun yanında əyləşib. Konfransın sonlarında federasiya rəsmisinin ani hərəkətindən diksinən “Real”ın yarımmüdafiəçisi buna maraqlı reaksiya verib və tərəflər arasında qısa dialoq yaşanıb. Beyl AFFA rəsmisinə "Bir az gec gəlməmisiz" sualını verib. Beylin sualı mətbuat konfransında gülüşə səbəb olub. \\Qafqazinfo

 


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru