Salam, xoş gəlmisiniz.

Binyamin Netanyahuya ittiham İRƏLİ SÜRÜLÜB

2019-11-22 00:04:30

Binyamin Netanyahuya ittiham İRƏLİ SÜRÜLÜB

İsrailin baş prokuroru Avihay Mandelblit ölkənin baş naziri Binyamin Netanyahuya qarşı üç iş üzrə ittiham irəli sürüb.

Bu barədə İsrailin “Kan” dövlət radiosu məlumat yayıb.

Baş nazir vəzifə səlahiyyətlərindən sui-istifadə, o cümlədən rüşvət almaqda günahlandırılır. Təqsirləndirilməsinə baxmayaraq Netanyahu istefa vermək niyyətində olmadığını söyləyib.

Qeyd edilir, ölkə tarixində ilk dəfədir ki, baş nazirə qarşı belə ittihamlar hazırlanır. Bu halda Netanyahunun dinləmədə çıxış etmək və prokurorun fikirini dəyişdirmək imkanı var. \\Report


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru