Salam, xoş gəlmisiniz.

Borca görə mandatını girov qoyan sabiq deputat evini satıb, yoxsa, əlindən alınıb? – QALMAQAL böyüyür – VİDEO

2019-11-19 21:50:12

Borca görə mandatını girov qoyan sabiq deputat evini satıb, yoxsa, əlindən alınıb? – QALMAQAL böyüyür – VİDEO

Adı borc qalmaqalında hallanan keçmiş deputat Rəfail Cəbrayılov üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdən yayınır.

Bir müddət əvvəl aldığı külli miqdarda borc qarşılığında deputat mandatını girov qoyduğu bildirilən Milli Məclisin keçmiş üzvü Rəfail Cəbrayılov aldığı pulları hələ də geri qaytarmayıb.

Redaksiyamıza daxil olan məlumata görə, Rəfail Cəbrayılov keçirdiyi mətbuat konfransında verdiyi vədin əksinə və müvafiq məhkəmə qərarlarına baxmayaraq, borclarını indiyə kimi ödəməyib.

Qeyd olunur ki, sabiq deputat borc sahiblərinə yerinə yetirmədiyi vədlər verməklə, onların əsəblərini tarıma çəkməkdədir.

Əldə etdiyimiz digər məlumatda isə Cəbrayılovun şəxsi evinin əlindən alındığı bildirilir. Ancaq bu informasiyanı şübhə altına alan başqa məlumat da var.

Həmin informasiyaya əsasən, evini satan Cəbrayılov borclarını qaytarmaq əvəzinə, o pulları da qardaşı kimi xarici ölkələrdən birinə keçirərək, yeni biznes qurmaq hazırlığındadır.

Bunu nəzərə alan borc sahibləri Cəbrayılovun ölkədən çıxışına qadağa qoyulmasına çalışırlar.

Öz növbəmizdə bildiririk ki, redaksiyamız Rəfail Cəbrayılovun börc öhdəliyini təsdiq edən 100-dən artıq səs yazısına və başqa faktlara malikdir. \\Yenicag


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru