Salam, xoş gəlmisiniz.

Cüdoçumuz erməniyə qalib gələrək Avropa kubokunun finalına YÜKSƏLDİ

2019-11-16 22:10:49

Cüdoçumuz erməniyə qalib gələrək Avropa kubokunun finalına YÜKSƏLDİ

Macarıstanda yeniyetmələr arasında cüdo üzrə Avropa kuboku start götürüb.

Ölkəmizi qitə turnirində Nurlan Kərimli, Hüseyn Allahyarov (hər ikisi 50 kq), Samir Piriyev (55 kq), Aydın Rzayev (60 kq), Elnur Qasilov (66 kq), Nahid İsmayılov (73 kq) və Əlirza Şıxəlizadə (81 kq) təmsil edirlər.

Yarımfinala qədər uğurla irəliləyən cüdoçumuz Nurlan Kərimli erməni əsilli Ukrayna təmsilçisi Hahik Martirosyana qalib gələrək finala vəsiqə qazanıb. Həlledici mərhələdə onun rəqibi yarımfinalda cüdoçumuz Hüseyn Allahyarovu məğlub edən italiyalı idmançı Pietro Andreini olacaq. H.Allahyarov isə bürünc medal uğrunda yarışacaq.

Komandamızın daha bir üzvü Aydın Rzayev də üçüncü yer uğrunda mübarizə aparacaq.\\yenicag.az


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru