Salam, xoş gəlmisiniz.

Daha bir erməni təxribatının QARŞISI ALINDI

2019-11-22 21:05:10

Daha bir erməni təxribatının QARŞISI ALINDI

Polşanın Varşava şəhərində ənənəvi “TT Warsaw” turizm sərgisi açılıb.

Sərgidə Ermənistan tərəfini təmsil edən “Etnoarmenia” turizm şirkəti təxribata cəhd göstərib. Belə ki, sərgidə müstəqil stenddə deyil, “Local Host Georgia” şirkətinə məxsus stenddə iştirak edən erməni şirkəti “Map of Armenia Nagorno Karabakh and Yerevan” adlı xəritələri yaymağa cəhd edib.

Bununla əlaqədar Azərbaycanın Polşadakı səfirliyi tərəfindən dərhal “TT Warsaw” sərgisinin təşkilatçılarına şifahi və yazılı şəkildə xəbərdarlıq edilib. Həmçinin Gürcüstanın Polşadakı səfirliyinə, Azərbaycanın Xarici İşlər Nazirliyinə və Azərbaycanın Gürcüstandakı səfirliyinə məlumat verilib.

“TT Warsaw” sərgisinin təşkilatçıları Azərbaycanın Polşadakı səfirliyinin əməkdaşının iştirakı ilə Ermənistanın “Etnoarmenia” şirkətinə məxsus bütün təxribat xarakterli materialları müsadirə ediblər. Sərginin təşkilatçıları tərəfindən “Etnoarmenia” şirkətinə şiddətli xəbərdarlıq edilib və belə bir hal təkrarlanacağı təqdirdə onların sərgidən dərhal kənarlaşdırılacağı bildirilib.\\AzərTAc

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru