Salam, xoş gəlmisiniz.

Deputat: Qadına ana olduğuna görə maaş verilməlidir – MÜSAHİBƏ

2019-11-15 20:57:43

Deputat: Qadına ana olduğuna görə maaş verilməlidir – MÜSAHİBƏ

Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri, deputat Araz Əlizadənin Oxu.Az-a müsahibəsi:

– Araz müəllim, Milli Məclisin iclaslarında üç gün dalbadal 2020-ci ilin dövlət büdcə layihəsi müzakirə edildi. Növbəti ilin büdcə proqnozlarını necə dəyərləndirirsiniz?

– Çox yaxşı büdcə layihəsi hazırlanıb. Bu büdcə ilə çox şeyə nail olmaq olar. Həm iqtisadiyyat inkişaf edər, həm də sosial xərclər artırıldığına görə insanlara daha rahat olar.

– Parlamentin iclaslarında büdcə müzakirələri zamanı sizin hər hansı təkliflə çıxış etdiyinizi görmədik. Səbəbi nə idi?

– Mən çalışıram ki, plenar iclaslarda danışmayım. Çünki komitə iclaslarında danışıram. Komitə iclaslarında mübahisə etmək olur, əks fikrə müdaxilə etmək imkanları yaranır. Plenar iclaslarda isə çıxış etdin, vəssalam, qurtardı getdi!

– Gələn ilin büdcə layihəsində heç narazı qaldığınız və ya sizə qaranlıq qalan məqam yoxdur?

– Hər şey yaxşıdır. Sadəcə, komitələrin iclasında təkliflərlə çıxış etmişdim. Amma onlar qəbul olunmadı.

– Təklifləriniz nədən ibarət idi?

– Hesab edirəm ki, analıq peşə olmalıdır. Qadına ana olduğuna görə maaş verilməlidir. Ana əlinə zənbil alıb gedib küçələrdə meyvə-tərəvəz satmamalıdır. Gedib evlərdə qulluqçu kimi işləməməlidir, uşağının tərbiyəsi ilə məşğul olmalıdır. Bundan başqa, təklifim o idi ki, dövlət ailədə olan tək övladı öz himayəsinə götürsün.

Digər təklifim isə ondan ibarət idi ki, əlilləri işə götürən sahibkarlar əlillərə verdiyi maaş həcmində vergidən azad olunsunlar.

– Araz müəllim, Milli Məclisdə parta yoldaşınız yoxdur.

– Bəli, elədir. 125 deputat idi, onlardan onsuz da biri tək oturmalı idi.

– Heç bundan narahat olursunuz?

– Xeyr, əsla. Mən ora söhbət etməyə getmirəm ki!


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru