Elnarə Abdullayeva: "Qoyun otarmışam, inanmıram ki..."

Elnarə Abdullayeva: "Qoyun otarmışam, inanmıram ki..."

“Yalandan yeməyi bıçaqla kəsib kübar görünməyə çalışmaq lazım deyil. Kənd qızları var ki, gəlib özünü şəhərli kimi göstərir. Məndə olan mədəniyyət Avropada yoxdur".

Hurriyyet.org publika.az-a istinadən xəbər verir ki, bu sözləri xanəndə Elnarə Abdullayeva ARB telekanalında Dilarə Əliyevanın qonağı olarkən deyib.

Qeyri-səmimi insanlara ismarış yollayan müğənni hər kəsi özü kimi olmağa səsləyib:

“Özünüz kimi olun. Nə olub kənd qızlarına? İnanmıram ki, Avropa mədəniyyəti mənim mədəniyyətimə çatsın. Qoyun otarmışam, mal-qaraya baxmışam. Bununla belə heç vaxt balaca bir kağızı yerə atmamışam. İnsanın qanında-canında mədəniyyət olmalıdır. Çəngəl-bıçaq mədəniyyət göstəricisi deyil”.