Ərdoğanla Putin bu məsələlərdə razılaşdı - VİDEO

Ərdoğanla Putin bu məsələlərdə razılaşdı - VİDEO

"150 saat ərzində kürd terror qruplaşmaları 30 kilometrlik zonanın xaricinə çəkiləcəklər. Bu vaxtın hesablanması 23 oktyabr saat 12:00-dan başlayacaq. 150 saat vaxt bitəndən sonra "Barış bulağı” əməliyyatının keçirildiyi yerdən qərbdə və şimalda Türkiyə-Rusiya birgə patrul xidmətinə başlanılacaq”.

 

Bunu  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Soçidə rusiyalı həmkarı Vladimir Putinlə keçirdiyi danışıqların yekununa dair birgə mətbuat konfransında bildirib.

 

Ərdoğanın sözlərinə görə, Suriya ərazisində Türkiyə-Rusiya birgə patrul xidməti Türkiyə sərhədindən 10 kilometr dərinlikdə aparılacaq.

 

Açıqlamaların ardından Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu 10 maddəlik razılaşmanın mətnini oxunub. Razılaşmaya əsasən, Ras əl-Eyn və Tel-Abyadı da əhatə edən "Sülh çeşməsi" hərəkatının ərazisi mühafizə ediləcək.

 

Qeyd edək ki, liderlərin görüşü 6 saat davam edib. \\Modern.az