Salam, xoş gəlmisiniz.

Ərdoğanla Trampın görüşü başladı - Video

2019-11-13 22:16:14

Ərdoğanla Trampın görüşü başladı - Video

ABŞ-da səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın amerikalı həmkarı Donald Trampla görüşü başlayıb.

Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğanı Ağ Evdə Donald Tramp və xanımı Melania Tramp qarşılayıb.

R.T. Ərdoğan “Şərəf Kitabı”na imza atdıqdan sonra həmkarı ilə danışıqlar aparmaq Oval Ofisə gedib.

Qeyd edək ki, iki ölkənin dövlət başçıları ən yeni qırıcıların, ABŞ və Rusiyanın "Patriot" və “S-400” hava hücumundan müdafiə sistemlərinin Türkiyəyə satılması, həmçinin Suriyadakı vəziyyəti müzakirə edəcəklər.

Görüşdə habelə ABŞ-la Türkiyə arasındakı ikitərəfli əlaqələr müzakirə olunacaq. R.T.Ərdoğan və D.Tramp görüşün sonunda geniş mətbuat konfransı keçirəcəklər. \\Teleqraf

 


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru