Salam, xoş gəlmisiniz.

Əsəddən "Ərdoğanla görüşəcəksinizmi" sualına təəccübləndirici cavab: "ƏGƏR..."

2019-11-01 10:50:08

Əsəddən "Ərdoğanla görüşəcəksinizmi" sualına təəccübləndirici cavab: "ƏGƏR..."

“Əgər bir araya gəlmək nəticə verəcəksə, ölkələrin maraqları üçün hər şeyin həyata keçirilməsinin vacib olduğunu söyləyə bilərəm”.

Hurriyyet.org publika.az-a istinadən xəbər verir ki, bunu Suriya rejiminin rəhbəri Bəşər Əsəd “Prezident Ərdoğan ilə görüşərsinizmi” sualına cavab olaraq deyib.

Dövlət televiziyasında Suriyanın taleyi ilə bağlı sualları cavablandıran Əsəd bildirib ki, söhbət ölkələrin maraqları olanda, şəxsi duyğuları bir kənara qoymaq lazımdır.

Bağdadinin İdlib şəhərində öldürülməsi məsələsinə gəlincə, Əsəd “Onun yox edilməsi məsələsində Amerika qurumları ilə heç bir əlaqəmiz olmadı. Daha da əhəmiyyətlisi, bu əməliyyatın həqiqətən keçirilb-keçirilmədiyini bilmirik” sözlərini deyib. O, ABŞ-ın hələ ki, Əsədin öldürülməsinə dair hər hansı dəlil təqdim etmədiyini, Suriyanın bu məsələdə yardımçı olduğunu isə xəbərlərdən öyrəndiklərini deyib.

Əsəd terror ideologiyası yaşadığı müddətcə Bağdadi və digər terrorçuların ölümünün heç bir işə yaramayacağını dilə gətirib.

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93