Salam, xoş gəlmisiniz.

Hibrid avtomobillərin gömrük rüsumuna güzəşt olacaq? - RƏSMİ CAVAB

2019-11-13 20:46:19

Hibrid avtomobillərin gömrük rüsumuna güzəşt olacaq? - RƏSMİ CAVAB

Cari ildə hibrid avtomobillərinin ölkəyə gətirilməsi say etibarı ilə artımla müşahidə edilir.

Hurriyyet.org xəbər verir ki, bu barədə Baku.ws-ə Dövlət Gömrük Komitəsindən məlumat daxil olub. 

"2018-ci ildə ölkəyə 146 sayda hibrid minik avtomobili idxal olunduğu halda, 2019-cu ilin 9 ayı ərzində ölkə ərazisinə gətirilən 609 ədəd hibrid minik avtomobili sərbəst dövriyyəyə buraxılmışdır. Qeyd olunan minik avtonəqliyyat vasitələrinin ölkəyə gətirilməsi ilə bağlı təşviqedici layihələr aidiyyəti mərkəzi icra orqanları ilə birgə müzakirə edilməkdədir",-deyə məlumatda qeyd olunur.

Qeyd edək ki, Azərbaycana gətirilən hibrid və digər ekoloji təmiz avtomobillərin idxal rüsumlarına gələn ilin dövlət büdcəsi zərfində yenidən baxılacaq. Bunu mətbuata açıqlamasında Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev demişdi: "Növbəti ilin büdcəsində tariflərin, güzəştlərin və hansı mallara rüsumların artırılması məsələsinə baxılacaq".

Xatırladaq ki, hibrid avtomobillərin alınması və istismarı daha ucuz başa gəldiyi üçün bu növ avtomobillərin istifadəsi dünyada daha populyardır. 2016-cı ildən etibarən qonşu Gürcüstanda elektromobillərin idxalı ilə bağlı gömrük rüsumu 50% aşağı düşüb.  

Hibrid və elektrik avtomobillərlə bağlı güzəştlər Azərbaycanda ekoloji vəziyyətin yaxşılamasına səbəb olacaq. Eyni zamanda ölkədəki avtomobil parkına da öz tövhəsini verəcək.


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru