Salam, xoş gəlmisiniz.

İmamoğlu ÜZR İSTƏDİ

2019-11-04 21:46:02

İmamoğlu ÜZR İSTƏDİ

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun mühafizəçiləri tərəfindən döyülən vətəndaşlardan üzr istəyib.

O, Beylikdüzündə işıqforda ailəsinin gözü qarşısında üstünə silah çəkib döyülən vətəndaşların ailəsi ilə təmasda olduğunu söyləyib.

"Mühafizəçilərin təəssüf ki, vətəndaşlarla qəbuledilməz dialoqu olub. Hücum çəkmə, yumruqla vurmaq kimi hərəkətlər qəti şəkildə pislənilir. Mənimlə çalışan heç kəsin uyğunsuz davranışına icazə vermərəm, kimsə həddini aşan davranış sərgiləyə bilməz, buna izin verməyəcəyəm də. Bu cür, tərəflərin bir-birinə təpik, yumruq vurduğu görüntülər çox yayılıb, amma bu situasiyada belə şeylər olmayıb. Mühafizəçilər ailədən üzr istədilər, onlar da qəbul etdi. Mən də öz növbəmdə ailədən üzr istəyirəm, onlarla görüşəcəyəm", - deyə İmamoğlu bildirib.\\Teleqraf.com


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru