Salam, xoş gəlmisiniz.

İran Silahlı Qüvvələri ölkəyə istənilən hücumun qarşısını almağa hazır olduğunu BƏYAN EDİB

2019-11-19 22:47:42

İran Silahlı Qüvvələri ölkəyə istənilən hücumun qarşısını almağa hazır olduğunu BƏYAN EDİB

İran Silahlı Qüvvələri ötən günlərdə benzinin bahalaşmasından sonra baş vermiş məlum iğtişaşlarla bağlı bəyanat yayıb.

Bəyanatda ordunun İslam Respublikasının sərhədlərinin qorunması ilə bağlı hazırlıq vəziyyətində və ayıq olduğu bildirilib.

Qeyd edilib ki, ölkə daxilində sabitliyin qorunub saxlanılması ilə yanaşı, düşmənlərin öncədən İslam Respublikası əleyhinə hazırladığı çirkli planlarla bağlı xalqı məlumatlandırmaq zəruridir: “Ordu ölkənin quru, hava və dəniz sərhədlərinin təhlükəsizliyinə qarşı bütün çirkli plana qarşı hazırdır və bu sahədə ayıq olmağı zəruri hesab edir”. \\APA


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru