Salam, xoş gəlmisiniz.

İtkin düşmüş sabiq deputatın meyiti tapıldı - FOTO

2019-11-21 21:20:24

İtkin düşmüş sabiq deputatın meyiti tapıldı - FOTO

İranda itkin düşmüş sabiq deputat Seyyid Əli Hüseynzadənin meyiti tapılıb.

Bu barədə Kohkuliyə-Boyer Əhməd əyalətinin ekspertiza mərkəzinin müdiri Möhsin Cəlil bildirib.

Onun sözlərinə görə, axtarış zamanı 60 yaşlı sabiq deputatın meyiti Yasuc şəhərinin Əbuzər xiyabanında yerləşən yarımçıq tikilinin liftinin şaxtasında aşkar edilib.

Deputatın ölüm səbəbi araşdırılır.

Qeyd edək ki, sabiq deputat 3 gün öncə itkin düşüb.

Xatırladaq ki, Seyyid Əli Hüseynzadə 1984-1988-ci illərdə parlamentdə deputat olub. Eyni zamanda o, Mədəniyyət və İslami İrşad Nazirliyinin Kohkuliyə-Boyer Əhməd əyalət şöbəsində çalışıb. /apa.az/

 


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru