Salam, xoş gəlmisiniz.

Kiyevdə baltalanaraq öldürülən azərbaycanlı tələbə məşhur bəstəkarın nəvəsiymiş - FOTO

2019-10-11 23:17:58

Kiyevdə baltalanaraq öldürülən azərbaycanlı tələbə məşhur bəstəkarın nəvəsiymiş - FOTO

22 yaşlı azərbaycanlı tələbə Cavid Hacıyev bir neçə gün əvvəl  Kiyevdə öz həmyerlimiz tərəfindən qətlə yetirilib. O, İqtisad Universitetində magistr təhsili alırdı. 

Hurriyyet.org xəbər verir ki, “Modern.az” saytı qətlə yetirilən tələbənin ailəsi barədə məlumat əldə edib. 

Belə ki, Ukraynada öldürülən azərbaycanlı tələbənin anası Bakı Musiqi Akademiyasının müəllimi, sənətşünaslıq üzrə doktor, professor Minə Hacıyevadır.  

Babası da tanınmış bəstəkar, əməkdar incəsənət xadimi və professor Telman Hacıyevdir. 

Qeyd edək ki, Kiyev prokurorluğundan verilən məlumatda qətlin təxminən 23 yaşlı Azərbaycan vətəndaşı tərəfindən törədildiyi bildirilir.  

Məlumata görə, qətlə yetirilən gəncin tanışı olub. Qatilin Ukraynadan qaçmağa imkan tapdığı qeyd olunur. Onun ad-soyadı hələ açıqlanmayıb. 

Hadisə ilə bağlı Ukraynadakı Azərbaycan diasporunun rəhbəri Hikmət Cavadov Modern.az-a eksklüziv açıqlamasında bildirib ki, qətllə bağlı bir neçə gün öncə məlumatlı olub: 

“Bununla əlaqədar həm yerli hüquq-mühafizə orqanları, həm də Azərbaycan Diasporla İş Üzrə Dövlət Komitəsi ilə əlaqə yaratdıq. Ukraynadakı Azərbaycan diasporu olaraq gənc soydaşımızın qətli bizi üzdü”.


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru