“Arşın mal alan” operası Türkiyə səhnəsində

“Arşın mal alan” operası Türkiyə səhnəsində

Mərsin Dövlət Opera və Balet teatrı ‘‘Arşın mal alan‘‘ operasını tamaşaya qoyub.

Tamaşanın orkestr və xor dirijoru Anıl Aydın, rejissoru Melih Öztürkdür.

Opera tamaşası Mərsin Sənət Mərkəzində də tamaşaçılara təqdim edilib.

Əsərdə, Ayşəgül Devrim Dinçər, Baran Tanər, Hakan Yıldız, Özləm Pamuk, Korhan Dinçər, Ayşin Alov Lal, Orxan Güllülər, Zeynəb Özgür Yılmaz rol alıb.

Xareoqrafiyası ilə böyük diqqət çəkən 2 pərdəli əsər sənətsevərlər tərəfindən sevgi ilə qarşılanıb. \\Teıeqraf