Salam, xoş gəlmisiniz.

“İstefa ver və get biznesə...” – Deputatdan sərt açıqlama 

2019-10-29 22:26:49

“İstefa ver və get biznesə...” – Deputatdan sərt açıqlama 

Nə qədər ki, “məmur-oliqarx-biznes” söhbəti var, Azərbaycanda inhisarçılıq ləğv olunan deyil.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov “İctimai” televiziyada yayımlanan “Diqqət Mərkəzi-Yekun” verilişində deyib.

Deputat bizneslə məşğul olan məmurlar barədə danışıb.

“Əgər sən məmursansa, icra hakimiyyəti orqanında işləməlisən və ancaq maaş hesabına dolanmalısan. Əgər bizneslə məşğul olmaq istəyirsənsə, o zaman istefa ver və get biznesə”, - deyə V.Əhmədov əlavə edib.

V.Əhmədov bildirib ki, Milli Məclis 17 ildir Rəqabət Məcəlləsini qəbul edib başa çatdıra bilmir.

Deputat məmurların gəlir deklarasiyası verməsinin vacibliyinə də toxunub. V.Əhmədov əlavə edib ki, məmurların çoxu öz biznesini dövlət pulları hesabına qurublar.

“Prezident Nazirlər Kabinetinə göstəriş verib ki, normativ sənəd hazırlansın... Amma 10 ildir ki, müvafiq normativ sənədlər hazırlanmır. Heç bir məmur öz gəlirləri barədə bəyannamə dərc eləmir. Çünki bu bəyannamə ortaya çıxsa, məmurdan soruşarlar: Sən öz biznesin üçün bu qədər pulu haradan almısan?

İndi tutaq ki, bunlar qazanıblar. Bu insanlar onsuz da bu pulu qazanıblar, onları geri almaq mümkün deyil. Biz deyirik ki, gəlin maliyyə amnistisiyası verilməlidir ki, onlar həmin vəsaitin bir hissəsini Azərbaycanda investisiya qoysunlar”.

 Komitə üzvü deyib ki, ona görə də bəyannamələr haqda məsələ həllini tapmalıdır.

“Kim desə ki, Azərbaycanda inhisarçılıq yoxdur, onlar haqlı deyil. Biz sahibkarlardan yüzlərlə müraciət alırıq. Onlar bazara çıxış əldə edə bilmirlər. Ən sadə misal gətirirəm. Topdansatış bazaları var və onlara məmur-oliqarxlar nəzarət edir.

Sahibkarları məcbur edirlər ki, malları ancaq bu bazarlardan alsınlar. Onlar kəndə gedib məhsulu birbaşa kəndlidən ala bilmir. Əgər fermer öz məhsulunu bazara birbaşa çıxara bilsə, o zaman qiymətlər xeyli aşağı düşər”. \\Yeni Sabah


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru