Salam, xoş gəlmisiniz.

“Lavrov planı” Putinin öz planıdır, o, sülh istəyir – Sensasion açıqlama

2019-12-05 23:05:53

“Lavrov planı” Putinin öz planıdır, o, sülh istəyir – Sensasion açıqlama

Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Bakıya səfərində əsas məqsəd tərəfləri sülhə hazırlamaq idi. Onun səfərindən sonra Azərbaycan və Ermənistan xarici işlər nazirləri Bratislava görüşündə danışıqların davam etdirilməsi ideyasını gündəmə gətirdilər.

Hurriyyet.org bildirir ki, bu fikirləri Teleqraf.com-a hüquq elmləri doktoru, politoloq Rüstəm Məmmədov Lavrovun Bakıya səfəri fonunda Bratislavada həmsədrlərin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Zohrab Mnatsakanyan arasında görüşü şərh edərkən deyib.

Onun sözlərinə görə, KİV nümayəndələrinin, eləcə də Nikol Paşinyanın qərarı ilə Ermənistan nümayəndə heyətinin Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizinin hökumətlərarası komissiyasının 14-cü iclasında iştirak etmək üçün Bakıya səfəri son nəticədə prosesə fayda verəcək: “Çünki Ermənistan boğulur. Paşinyan da əlacsız qalıb, yuxarı baxır bığ, aşağı tüpürür saqqaldır. O özü bu bəladan qurtarmaq üçün variant axtarır. O istəyir yaxşı olsun, ancaq nə edirsə, pis yekunlaşır. Hər iki tərəf barışmalıdır, sülhə hazır olmalıdır, təbii ki, Ermənistan itirəcək, o, tutduğu torpaqları qaytarmağa məcbur olacaq. Ancaq Azərbaycan da suverenliyini bərpa etməkdə əziyyət çəkəcək”.

Rüstəm Məmmədov qeyd edib ki, Paşinyana Ermənistan cəmiyyətində etimad azalıb: “Çox oyun oynasa, ermənilər onu qovacaqlar. Sərsəm fikirləri isə yalnız daxili auditoriyaya hesablanıb”.

Politoloqun fikrincə, Rusiya tərəfindən vaxtilə irəli sürülən Dağlıq Qarabağ ətrafındakı beş rayonun qaytarılmasını nəzərdə tutan “Lavrov planı” Putinin öz planıdır: “Putin Qafqazın cənubunda sülh arzulayır. O, sülhü təmin etməkdən ötrü gərək Ermənistanı da, Azərbaycanı da təmin etsin. Bu yolun axtarışındadırlar, görək nə ilə nəticələnəcək. Rusiya Qarabağ məsələsini fikirləşib ortaya atdı, indi özü bu münaqişədən əziyyət çəkir. Çünki Rusiyanın cənub zonası heç də sakit bölgə deyil. Ona görə də Rusiya həmin zonada tam stabilliyə nail olmalıdır ki, öz idrəçiliyində düzgün siyasət yeridə bilsin”.

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru