Salam, xoş gəlmisiniz.

“Tofiq Yaqublu Milli Şuranın sədri olsa...” - Arif Hacılı

2019-11-19 22:46:03

“Tofiq Yaqublu Milli Şuranın sədri olsa...” - Arif Hacılı

Müsavat başqanı Arif Hacılı Cəmil Həsənlinin Tofiq Yaqublunu Milli Şuraya sədr təklifinə münasibət bildirib.

O, bu barədə şəxsi feysbuk hesabında yazıb.

"Hər kəsə məlumdur ki, Tofiq Yaqublu Müsavat və Milli Şuranın, AXCP-nin daha sıx əməkdaşlığının, müttəfiqliyinin tərəfdarıdır. Ümid edirəm ki, Tofiq bəy əvvəllər bu məqsədlə Müsavatdan daha çox Milli Şuranı təbliğ edirdisə, Milli Şuranın sədri olsa yenə eyni məqsədlə o təşkilatdan daha çox Müsavatı təbliğ edəcək", - deyə partiya sədri bildirib.

Qeyd edək ki, Cəmil Həsənli feysbuk hesabında Tofiq Yaqublunun Milli Şuranın sədri vəzifəsinə layiq bilib. O qeyd edib ki, şura üzvləri Tofiq Yaqublunun sərliyi altında fəaliyyət göstərməyə hazırdır. \\Qafqazinfo


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru