Salam, xoş gəlmisiniz.

Müsavatın iç üzü Avropa gündəmində - almandilli mətbuat partiyanın “mühacir alveri”dən yazdı

2019-11-17 18:56:47

Müsavatın iç üzü Avropa gündəmində - almandilli mətbuat partiyanın “mühacir alveri”dən yazdı

ALDE-nin (Avropa üçün Liberallar və Demokratlar İttifaqı-red) yanında da biabır etdilәr Müsavat partiyasını.

Trend-in məlumatına görə, bu haqda Avropada yaşayan keçmiş Müsavatçı jurnalist Yafəz Əkrəmoğlu sosial şəbəkədə yazıb. O bildirib ki, Qafqazla bağlı xәbәrlәr verәn almandilli media yenidәn mühacir qaçaqçılığı mövzusuna yer verib:

“Bildiyimiz mәlumatlarla yanaşı, hadisәdә hәbs vә ittiham olunan Müsavat üzvlәrinin siyahısını dərc edib. Sonda Müsavat Partiyası haqda mәlumat verib”.

Xatırladaq ki, Almaniyanın hüquq-mühafizə orqanları Azərbaycanın Müsavat partiyasının üzvlərini saxlayıb. Cinayətkar şəbəkəyə daxil olan 7 nəfər həbs edilib.

Cinayətkar dəstənin saxlanılan üzvləri barəsində yerli federal məhkəmələr tərəfindən 6 ay müddətinə həbs qətimkan tədbiri seçilib. \\Milletinsesi.info


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru