Salam, xoş gəlmisiniz.

Məşhur qəzetin baş redaktoru QADIN OLACAQ

2019-11-12 22:50:39

Məşhur qəzetin baş redaktoru QADIN OLACAQ

“Financial Times”ın 24 illik işçisi Rula Xələf qəzetin baş redaktoru postuna keçəcək.

“Qafqazinfo” xarici KİV-ə isitnadən xəbər verir ki, Xələf 15 illik baş redaktor Layonel Barberi əvəz edəcək. Barber növbəti ilin əvvəlindən vəzifəsindən gedəcək.

Qeyd edək ki, Rula Xələf 1995-ci ildən “Financial Times”da işləyir. 2016-cı ildə baş redaktorun müavini təyin olunub. Qəzetin məxsus olduğu “Nikkei” media şirkətinin rəhbəri Tsuneo Kita Rula Xələfin işinin öhdəsindən uğurla gələcəyinə əminliyini bildirib.


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru