Salam, xoş gəlmisiniz.

Nazirin bacanağının şirkəti FHN-nin 459 min manatlıq tenderinin qalibi oldu - FOTO

2019-12-09 22:20:19

Nazirin bacanağının şirkəti FHN-nin 459 min manatlıq tenderinin qalibi oldu - FOTO

Fövqəladə Hallar Nazirlyinin sifarişçi olduğu 459 min manatlıq tenderin qalibi nazir Kəmaləddin Heydərovun bacanağı Hikmət İsmayılova məxsus olan şirkətdir. 

 

Bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli feysbuk səhifəsində yazıb:

 

"Fövqəladə Hallar Nazirlyi nazirliyin aparatının və strukturuna daxil olan qurumların ehtiyaclarını təmin etmək üçün poliqrafiya məhsullarının satın alınması üzrə 459 379.19 manatlıq tenderin "qalibi"ni bu gün elan edib.

 

Qalib şirkət elə Kəmaləddin Heydərovun öz şirkəti - CBS-PP MMC-dir. Kommersiya qurumlarının dövlət reyestri haqqında məlumat bazasında bu şirkətin 1998-ci ildən fəaliyyət göstərdiyi, qanuni təmsilçisinin isə Kəmaləddin Heydərovun bacanağı - HİKMƏT İSMAYILOV ƏBUZƏR OĞLU olduğu qeyd edilib. Şirkət 2010-cu ildən indiyədək (sonuncu tender istisna olmaqla) əksəriyyəti FHN, Dövlət Gömrük Komitəsi və Vergilər Nazirliyindən olmaqla ümumi həcmi 1 milyon manat civarında, 30-dan artıq dövlət satınalması üzrə qalib elan olunub".

 

Qarşı tərəfin mövqe bildirə bilər. \\Qlobal.az

 

 

 

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru