Salam, xoş gəlmisiniz.

Poluxov Rio-de-Janeyro meri ilə GÖRÜŞDÜ

2019-11-05 23:22:17

Poluxov Rio-de-Janeyro meri ilə GÖRÜŞDÜ

Azərbaycanın Braziliya Federativ Respublikasındakı səfiri Elxan Poluxov Rio-de-Janeyro şəhərinin meri Marcelo Crivella ilə görüşüb.

Səfirlikdən verilən məlumata görə, görüş zamanı ikitərəfli münasibətlər, qarşılıqlı səfərlər, turizm və Formula 1 Azərbaycan Qran-Prisinin təşkili və keçirilməsi sahəsində təcrübə mübadiləsi məsələləri müzakirə olunub.

Qeyd edək ki, Rio-de-Janeyro şəhəri ilə Bakı şəhəri 2015-ci ildən etibarən qardaşlaşmış şəhər elan edilib. Bu şəhərdə 2016-cı ildən etibarən Azərbaycan adını daşıyan bələdiyyə məktəbi fəaliyyət göstərməkdədir. \\Teleqraf.com


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru