Prezidentdən QARABAĞ QAZİSİNƏ BÖYÜK JEST

Prezidentdən QARABAĞ QAZİSİNƏ BÖYÜK JEST

Qarabağ qazisi Ağayev Elşada mənzil verilib.

Bunu sosial şəbəkə hesabında tarixçi Zaur Əliyev yazıb.

"Bu gün çox sevincli xəbər aldım. Cənab Prezidentə və Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədrinə dostum, Qarabağ qazisi Ağayev Elşadın evlə təmin olunması üçün müraciətimiz cavablandırıldı və dostuma ev verdilər.

Elşad xeyirli olsun. Sağ olsunlar, sənə ev verənlər", - Z.Əliyev bildirib. \\Axar.az