Putin İstintaq Komitəsinin, FHN-nin və DİN-in 10 generalını İŞDƏN ÇIXARIB

Putin İstintaq Komitəsinin, FHN-nin və DİN-in 10 generalını İŞDƏN ÇIXARIB

Rusiya prezidenti Vladimir Putin İstintaq Komitəsinin, Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinin 10 generalının işdən çıxarılması haqqında fərman imzalayıb.

Hurriyyet.org-un verdiyi məlumata görə, bu barədə "Report" Rusiya mətbuatına istinadən xəbər verir.

Qeyd edilir ki, işdən çıxarılanlar arasında dələduzluqda ittiham edilən Daxili İşlər Nazirliyinin general-mayoru Aleksandr Melnikov da var.

Vəzifədən azad edilənlərdən 6-ı FHN-nin, 4-ü Daxili İşlər Nazirliyinin, 1-i İstintaq Komitəsinin generalıdır.

Fərmanla azad edilənlərdən biri habelə ədliyyə general-leytenanı, Dördüncü İstintaq İdarəsinin rəisi Ruslan İbievdir.