Salam, xoş gəlmisiniz.

Rusiya XİN diplomatı "persona-non-qrata" ELAN ETDİ

2019-12-05 23:22:13

Rusiya XİN diplomatı "persona-non-qrata" ELAN ETDİ

Rusiya Xarici İşlər Nazirliyi Bolqarıstanın Moskvadakı səfirliyinin diplomatını “arzuedilməz şəxs” (“persona-non-qrata”) elan edib.

Bu barədə Bolqarıstan Xarici İşlər Nazirliyi açıqlama yayıb.

“Bolqarıstan Respublikasının Rusiyadakı səfiri Atanas Krıstin dekabrın 5-də Moskvada XİN-ə çağırılıb və ona nota təqdim olunub. Diplomatımız qarşılıqlı prinsip əsasında “persona-non-qrata” elan olunub”, - deyə nazirlik vurğulayıb.

Məlumata görə, bolqar diplomat Rusiyanın Sofiyadakı səfirliyinin “arzuedilməz şəxs” elan olunmuş əməkdaşı ilə eyni statusdadır.

Qeyd edək ki, cari il oktyabrın 28-də casusluqda şübhəli bilinən Rusiyanın Moskvadakı səfirliyinin əməkdaşı Bolqarıstandan çıxarılıb. \\Publik.az 

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru