PƏNAH HÜSEYN SAXLANILDI

PƏNAH HÜSEYN SAXLANILDI

AXC hakimiyyətinin baş naziri, Xalq Partiyasının sədri Pənah Hüseyn saxlanılıb.

Hurriyyet.org-un məlumatına görə, bu barədə jurnalist Əvəz Zeynallı məlumat verib.

“Pənah Hüseyni Rəşid Behbudov adına Mahnı Teatrının qarşısından 28 Maya doğru gedərkən mülki geyimli şəxslər saxladılar”, – jurnalist “Facebook”da yazıb.

Ə.Zeynallı bildirib ki, onun özünü də saxlamaq istəyiblər. Lakin jurnalist olduğunu bildikdən sonra sərbəst buraxıblar.