Salam, xoş gəlmisiniz.

Spirtli içkinin hansı dozası xərçəng yarada bilər? - Alimlər araşdırdı

2019-11-23 20:27:01

Spirtli içkinin hansı dozası xərçəng yarada bilər? - Alimlər araşdırdı

Sauthempton Universiteti Klinikasının tədqiqatçıları Banqor Universitetindən olan həmkarları ilə birlikdə orta səviyyədə spirtli içki qəbulu ilə xərçəng xəstəliyinin inkişafı riski arasında qarşılıqlı əlaqəni qiymətləndirib. Alimlər araşdırmanı siqaret çəkənlər və çəkməyənlər arasında aparıb.

Bu barədə elmi araşdırmanın nəticələri “MedicalExpress” nəşrində dərc olunub.

Elmi işin müəlliflərinin yazdığına görə, həftə ərzində bir şüşə şərab qəbul edən siqaret çəkməyən insanlarda xərçəngin inkişafı riski – kişilərdə 1%, qadınlarda isə 1,4% təşkil edir.

Spirtli içki qəbul edən güclü cinsin nümayəndələri daha çox mədə-bağırsaq traktının bədxassəli şişlərindən əziyyət çəkir. Qadınlarda isə daha çox süd vəzi xərçəngi müşahidə olunur (ümumi halların 55%-də).

“Tədqiqatın nəticələrinə görə, bir şüşə şərabın “siqaret ekvivalenti” – kişilər üçün həftəyə beş siqaret, qadınlar üçün həftəyə 10 siqaret təşkil edir”, – deyə alimlər bildirir.\\Yenicag.az


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru