Salam, xoş gəlmisiniz.

77 yaşlı milyarder prezident olmaq istəyir

2019-11-09 10:11:10

77 yaşlı milyarder prezident olmaq istəyir

Nyu-Yorkun keçmiş meri, “Bloomberg” agentliyinin sahibi, 77 yaşlı milyarder Maykl Blumberq Alabamada keçirilən ilkin seçkidə ABŞ Demokrat Partiyasından namizəd kimi qeydə alınması üçün müraciət edərək sənədlərini təqdim edib.

Hurriyyet.org report-a istinadən xəbər verir ki, bu barədə məlumat Demokratik Partiyanın Alabamadakı nümayəndəliyinin saytında yerləşdirilib.

Qeyd olunub ki, Alabamada ilkin seçki 2020-ci il 3 mart tarixinə təyin edilib.

Prezident seçkilərində rəqibi Donald Trumpın adını daşıyacaq Demokratik Partiyanın Milli Konqresinə 52 nümayəndə seçəcəklər.

2002-ci ildən 2013-cü ilə qədər Blumberq Nyu-Yorkun meri vəzifəsində çalışıb.

Milyarder ABŞ-ın ən varlı adamlarından biri hesab olunur. “Forbes” jurnalının son hesablamalarına görə, onum sərvəti 52 milyard dolları ötüb.

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru