85 İLLİK PLAN ORTAYA ÇIXDI! - Kərkük nefti İsrailə axacaq

85 İLLİK PLAN ORTAYA ÇIXDI! - Kərkük nefti İsrailə axacaq

Hurriyyet.org xəbər verir ki, Kərkük və Suriya neftinin İsrailin Hayfa limanına daşımasını nəzərdə tutan 85 illik plan işə düşüb. Suriyadan çıxacağını bəyan eləmiş ABŞ Deyr əz Zor və Hasekenin arasındakı 150 kilometrlik ərazidə 800 nəfər hərbçi yerləşdirir. Deyr əz Zorda  2 yeni hərbi baza qurulur. Bu çərçivədə İraqla Suriya arasındakı Əbu Kamal qapısı açılıb. Qapının Suriya hökumətinin nəzarətində olması RUSİYANIN DA PLANIN DAXİLİNDƏ OLDUĞUNU GÖSTƏRİR.

İraq və Suriyadakı son hadisələr Amerikanın Suriyadan çıxmadığını və İsrail tərəfindən çəkilmiş nefti istismar xəritəsinin addım-addım həyata keçirildiyini aşkara çıxarıb.

Türkiyənin “Yeni Şafak” nəşrinin yazdığına görə, Barış bulağı əməliyyatı dövründə Suriyanın şimal-şərqindəki hərbçilərini geriyə çəkməyi qərara almış ABŞ prezidenti Donald Tramp neft sahələrini qorumaq üçün bölgəyə hərbçi göndərmək planını təsdiqləyib. Plana görə, yüzlərlə ABŞ hərbçisi Deyr əz Zor və Haseke arasındakı 150 kilometrlik bölgədə yerləşdiriləcək. 200 nəfəri Suriynın cənubundakı Əl Tanf bazasında olan 800 ABŞ hərbçisinin regionda yerləşdiriləcəyi gözlənilir. Amerika bir müddətdir ki, Deyr əz Zor bölgəsində iki yeni hərbi baza qurmaq üçün çalışır.

Hamısı bir nöqtədə uzlaşıb

PKK/YPG terror təşkilatına Suriya neftinin qarovulçusu vəzifəsini tapşıran ABŞ-ın son həmləsi “İsrail planı” çərçivəsində Əbu Kamal sərhəd qapısını açmaq olub. İŞİD-in bölgədə nəzarəti lə keçirməsi ilə 5 il bundan əvvəl bağladılan Əbu Kamal/Əl Kərim sərhəd qapısı Barış bulağı əməliyyatından az əvvəl açılıb. 30 sentyabr tarixindəki açılış mərasimində İraq tərəfindən Ənbar valisi əl Dulaymi və İraq Sərhəd Məntəqələri Heyətinin rəhbəri Kazım əl Akabi ilə yanaşı, Suriya tərəfindən məntəqədə sərhədi olan Suriya hökumətinin rəhbər şəxsləri yox, PKK/YPG terrorçularının yaratdığı SDQ-nin Deyr əz Zor Təhlükəsizlik Komitəsinin başçısı, Deyr əz Zor valisi və Suriya Gömrük Komitəsinin başçısı iştirak edib. Açılışı PKK terrorçuları “Suriya qapısı İraqın Suriyaya və Aralıq dənizinə açılan qapısıdır” sözləri ilə qarşılayaraq bayram ediblər. Əbu Kamal qapısı Deyr əz Zor neftini Kərkük nefti ilə birləşdirərək İsrailə çatdıracaq enerji xəritəsi üçün mühümdür. Rusiya və İran tərəfindən dəstəklənən Suriya hökumətinin nəzarəti altındakı bu qapının açılması Suriyanın cənub-şərqindəki böyük ittifaqı da aşkara çıxardı. ABŞ ilə RUSİYANIN O XƏRİTƏ İLƏ BAĞLI GİZLİ RAZILAŞMALARINI İRAN, ƏSƏD HÖKUMƏTİ, PKK VƏ TƏBİİ Kİ, İSRAİL DƏSTƏKLƏYİR.

Hayfadan dünyaya

Son hadisələr 1934-cü idə çəkilən neft xətti marşrutunun həyata keçirilməsini nəzərdə tutan istismar proqramının saat kimi işlədiyini də aşkara çıxarmış oldu. Bundan iki il əvvəl, 2017-ci il oktyabrın 4-də Amerikanın İsrailə uzanan neft xətti planı “Kərkükdən Hayfaya İsrail planı” adı ilə mətbuata yayılmışdı. 85 illik müstəmlkəçilik planına görə, Deyr əz Zordan gəlib, Suriya hökumət qüvvələri ilə PKK-nın hakimlik elədiyi ərazilərin tam ortasından keçərək Əbu Kamala çatdırılacaq neft burada boru xəttinə verildikdən sonra Tanfdan keçib İordaniya üzərindən İsrailin Hayfa limanına çatdırılacaq. Kərkük və Deyr əz Zor nefti buradan da gəmilərlə Qərb ölkələrinə aparılacaq. İllərlə durğunluq halında qalan bu marşrut Amerikanın planlarının həyata keçirilməsi üçün ən uyğun təqvimi gözləyirdi. Amerikanın hərbçilərini çıxarmaq açıqlamasına rəğmən, bölgəyə yüzlərlə tır silah-sursat və avadanlıq göndərməyə davam eləməsi də pərdəarxasındakı neft istismarı planını həyata keçirmək istiqamətindəki fəaliyyətlərdir.

İngilis məsələsi

Bu hadisələrin baş verdiyi bir zamanda, Suriya savaşının ilk günlərindən bəri İngiltərə Əl Tanf bazasında neft marşrutuna qarovulçuluq edir. Müharibənin ilk günlərindən bəri sözdə müxalif olaraq göstərilən yaşıl ərazi kimi qalan Əl Tanf bölgəsində Amerika və İngiltərənin bölgəyə nəzarət baxımından əhəmiyyəti çox böyük olan bazaları yerləşir və nə terror təşkilatları, nə də Suriya sahəsində fəaliyyət göstərən digr ölkələrin heç bir çəkildə müdaxilə edə bilmədiyi bu bölgədə iki ölkə bazaları bir növ İsrailə uzanacaq neft xəttinin qoruyucusudurlar. İraq-Suriya xəttində Əl Kaim/Əbu Kamal sərhəd qapısının ardından Əl Tanf bölgəsinə açılan Əl Vəlid sərhəd qapısının da açılması gözlənilir.

Hurriyyet.org