ABŞ da Suriyada patrulluq edir - NEFT YATAQLARINDA...

ABŞ da Suriyada patrulluq edir - NEFT YATAQLARINDA...

Hurriyyet.org xəbər verir ki, Barış bulağı əməliyyatı başlanandan bəri ilk dəfə ABŞ hərbçiləri yenidən Suriyanın şimal-şərqindəki neft sahələrində patrul nəzarətini həyata keçirməyə başlayıblar.

ABŞ ordusuna məxsus 5 zirehli texnika və 2 ədəd pikap, Türkiyə-Suriya sərhədindən 6 km məsafədəki Kathaniye məntəqəsi ilə Rumeylan rayonu arasında təqribən 40 kilometrlik xətdə patrulluq ediblər.

Beləliklə, ABŞ ordusu Barış bulağı əməliyyatı başlaması səbəbindən Suriyanın şimal-şərqindəki Haseke rayonunda da dayandırdığı patrulluq fəaliyyətini yenidən bərpa edib.

Suriya-Türkiyə sərhədindəki Kamışlı rayonunun şərqindəki Kahtaniye ərazisində neft yataqları var.

Digər neft ərazisi olan Rumeylan isə İraq sərhədindən 15-20 km məsafədədir.

Rumeylan rayonunda ABŞ-ın hava bazası və 100-dən artıq hərbiçisi var.

ABŞ iqtidarı ötən həftə Suriyadakı neft ərazilərində hərbi varlığını gücləndirəcəyini açıqladıqdan sonra ölkənin şərqindəki Deyr əz Zor rayonu ətrafındakı hərbi gücünü artırmışdı.

Hurriyyet.org