Salam, xoş gəlmisiniz.

ABŞ-dan Rusiya ilə bağlı diplomatlara - Qadağa

2019-11-12 23:27:57

ABŞ-dan Rusiya ilə bağlı diplomatlara - Qadağa

Ağ Ev administrasiyası Kerç boğazındakı olayla bağlı açıqlama verməyi diplomatlara qadağan edib.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ-ın Ukrayna üzrə keçmiş təmsilçisi Kurt Volkerin sabiq köməkçisi Kristofer Anderson deyib.

“Dövlət Departamentindəki həmkarlarım Kerç olayı ilə bağlı sürətli şəkildə açıqlama hazırladığı zamanda Ağ Ev administrasiyası bu yöndə hər hansı bəyanatın verilməsini qadağan etdi. Məsələ ilə bağlı Volkerə də məlumat verdim”, - deyə Anderson bildirib.

Qeyd edək ki, ötən ilin 25 noyabrında Kerç boğazında Ukrayna-Rusiya gəmiləri arasında qarşıdurma yaşanmışdı.\\Musavat


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru